BAKI, 8 yanvar. TELEQRAF

Rusiyanın Maxaçqala Dəniz Ticarət Limanı Çin yüklərini Transxəzər marşrutu ilə daşımaq üçün 2026-cı ildə Türkmənistan, Qazaxıstan və Qırğızıstanla əməkdaşlığı gücləndirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Liman həmçinin Şimal-Cənub dəhlizi çərçivəsində Mumbay-Maxaçqala marşrutu üzrə multimodal konteyner daşımaları xərclərini yarıya endirib.

Qeyd edilir ki, gəmiçilik coğrafiyası Şərq və Cənuba doğru dəyişir, limanın əsas tərəfdaşları hazırda İran, Hindistan, Çin və Mərkəzi Asiya ölkələridir.

Məlumata görə, 2030-cu ilə qədər Türkmənistan, İran və Qazaxıstanla bərə xidmətinin açılması planlaşdırılır ki, bu da Xəzər regionunun nəqliyyat imkanlarını genişləndirəcək.

Maxaçqala limanı buzsuz və dərin suludur, Rusiyanın cənubundakı nəqliyyat sistemini Mərkəzi Asiya ölkələri, İran, Cənubi Qafqaz və digər regional dövlətlərlə birləşdirir.