BAKI, 8 dekabr. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian dekabrın 10-11-də Qazaxıstanda rəsmi səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika və mədəni-humanitar sahələrdə Qazaxıstan-İran əməkdaşlığının daha da gücləndirilməsini müzakirə etmək üçün yüksək səviyyəli danışıqların aparılması planlaşdırılır”, - mətbuat xidmətinin məlumatında deyilir.