BAKI, 24 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan Özbəkistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Səfər Daşkənddə keçiriləcək Trans-Xəzər Nəqliyyat Dəhlizi və Kommunikasiya İnvestorları Konfransında iştirak məqsədilə olacaq.