BAKI, 29 oktyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya liderləri və ABŞ Prezidenti Donald Trampın qarşıdan gələn sammitinin Vaşinqtonla ticari-iqtisadi və investisiya tərəfdaşlığına ciddi təkan verəcəyinə ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
Trampın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qor və ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşdə Tokayev qarşıdan gələn sammitin uzunmüddətli əməkdaşlıq üçün əsas prioritetlərin müəyyən edilməsində məhsuldar olacağına əminliyini ifadə edib.
“Qazaxıstan sammitin ABŞ ilə ticari-iqtisadi və investisiya tərəfdaşlığına əhəmiyyətli təkan verəcəyini gözləyir”, - Qazaxıstan liderinin mətbuat xidməti qeyd edib.