BAKI, 16 oktyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 20-21-də Qazaxıstanda dövlət səfərində olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq.

Məlumatda deyilir ki, prezidentlər Ali Dövlətlərarası Şuranın iclası və Qazaxıstan-Azərbaycan Biznes Forumunda da iştirak edəcəklər.