BAKI, 14 oktyabr. TELEQRAF
“Qazaxıstanda parlament islahatının həyata keçirilməsi Konstitusiyanın 40 maddəsinə dəyişiklik tələb edəcək”.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib
Kaşım-Jomart Tokayev parlamentin dövlətin siyasi sisteminin əsas elementi olduğunu vurğulayaraq deyib:
“Dövlət başçısı kimi mənim üçün parlament ölkənin siyasi sisteminin açar elementidir. Buna görə də, ilk növbədə, Konstitusiyaya bir sıra düzəlişlər edilməlidir. Dəyişikliklər əsas qanunun təxminən 40 maddəsinə şamil olunacaq”.
Prezidentin sözlərinə görə, bundan sonra azı 10 Konstitusiya qanunu və 50-dən çox kodeks və qanunun yeni düzəlişlərə uyğunlaşdırılması lazım gələcək.
“Bu proses, əslində, yeni Konstitusiyanın qəbuluna bərabərdir”, - Tokayev qeyd edib.