BAKI, 9 oktyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəzza zolağında münaqişəyə son qoyulması və məhbusların azad edilməsi ilə bağlı Misirdə dolayı danışıqlar zamanı əldə edilmiş razılaşmanı dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Kasım-Jomart Tokayev Misir, Qətər və Türkiyənin uğurlu vasitəçilik səylərini, o cümlədən Prezident Donald Trampın başçılıq etdiyi ABŞ tərəfinin Yaxın Şərqdə sülhün bərqərar olunması üzrə danışıqlara xüsusi töhfəsini qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin sülh planının birinci mərhələsi ilə bağlı razılaşdığını açıqlamışdı.
HƏMAS Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.