BAKI, 11 avqust. TELEQRAF

ABŞ-li bioloqlar elmi tədqiqatlarını davam etdirmək üçün maliyyə toplamaq məqsədilə marmotlara “OnlyFans” platformasında hesab açıblar.

Teleqraf xəbər verir ki, bu barədə RT “Cowboy State Daily” nəşrinə istinadən məlumat yayıb.

Bildirilib ki, alimlər qrant maliyyələşməsində yaranan çatışmazlığı aradan qaldırmaq üçün qeyri-adi üsula əl atıblar. Onlar platformada marmotların gündəlik həyatını əks etdirən görüntülər və videolar paylaşmağa başlayıblar.

Məlumata görə, sözügedən elmi layihə 62 ildir fasiləsiz həyata keçirilir. Lakin maliyyə çatışmazlığı səbəbindən tədqiqatın dayandırılması təhlükəsi yaranıb.

İndi aylıq ödəniş edən abunəçilərə marmotların həyatından eksklüziv görüntülər təqdim olunur. Toplanan vəsaitin uzunmüddətli elmi tədqiqatın davam etdirilməsinə yönəldilməsi nəzərdə tutulur.