BAKI, 11 avqust. TELEQRAF
Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb, daha 570 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “BluRadio” radiostansiyası məlumat yayıb. “BluRadio”nun son məlumatında da 132 nəfərin öldüyü, 570 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, ölkənin 32 şəhərində genişmiqyaslı dağıntılar səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilib.
Kolumbiya Geoloji Xidmətinin məlumatına əsasən, 7,4 maqnitudalı zəlzələnin episentri Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında yerləşib.
Ən ciddi dağıntıların Pereira və Manisales şəhərlərində qeydə alındığı bildirilir. Yeraltı təkanlar Kolumbiya ilə yanaşı, qonşu ölkələrdə, o cümlədən Panamada da hiss olunub.
Axtarış-xilasetmə əməliyyatları davam etdiyindən ölən və yaralananların sayının dəyişə biləcəyi istisna edilmir.