BAKI, 6 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə silah-sursat qıtlığı olması barədə şayiə yayan şəxslərin axtarıldığını və onları uzunmüddətli həbs cəzası gözlədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

D. Tramp bu cür şayiələri yayanları dövlətə xəyanətdə günahlandırıb:

"Bu iddiaları yayan şəxslərin axtarışı gedir. Onlar üçün uzunmüddətli həbs cəzaları tələb ediləcək! ABŞ-nin çox böyük miqdarda silah-sursatı var və hazırda ölkə tarixində ən çox sayda hərbi zavodlar tikilir".