GORANBOY, 10 avqust. TELEQRAF

Goranboyda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi bilinib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı Elnur Əliyev (1986), Hüseyin Əliyev (2010), Maqsud Gəncəliyev (1997) və "VAZ2107" markalı avtomobilin sürücüsü Arzu Əsədov (1997) müxtəlif dərəcəli bədən xəsarərləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma başlanılıb

***
22:24

Goranboyda yol qəzası baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolununun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil traktorla toqquşub. İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma başladılıb.