BAKI, 10 avqust. TELEQRAF
Liviyanın qərbindəki Zaviyə şəhərində neft emalı zavoduna dron hücumu olub.
Teleqraf xəbər verir ki, bu barədə Liviyanın "Əl Marsad" xəbər agentliyi məlumat yayıb.
Hücum nəticədə yanacaq çəni sıradan çıxıb, zavodda yanğın baş verdiyini bildirir. Hadisə ilə bağlı əlavə məlumat verilmir.
Ötən həftə Zaviyə neft emalı zavodunun yaxınlığında silahlı qruplar arasında toqquşmalar baş verib və nəticədə ən azı dörd nəfər ölüb. Tripolinin qərbində yerləşən Zaviyə Liviyanın qərbinin əsas neft mərkəzlərindən biri hesab olunur. Bura qanunsuz miqrasiya və yanacaq qaçaqmalçılığı üçün əsas marşrutdur.