BAKI, 10 avqust. TELEQRAF

"Bazel" - "Barselona" yoldaşlıq oyununun biletlərinin satışı müvəqqəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb.

Bildirilir ki, avqustun 16-da 38 mindən çox tamaşaçı tutumuna malik stadionda keçiriləcək oyuna bilet almaq üçün onlayn satış mərkəzinə yüz milyonlarla sorğu daxil olub və sistem çöküb.

Bilet satışı çərşənbə axşamı bərpa olunacaq.