BAKI, 11 avqust. TELEQRAF
Türkiyə Böyük Millət Məclisində Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi haqqında Qanun Layihəsi qəbul edilib.
Teleqraf xəbər verir ki, "Terrorsuz Türkiyə" prosesi çərçivəsində hazırlanmış layihə 468 lehinə, 88 əleyhinə və 6 bitərəf səslə qəbul edilib.
Qanun PKK/KCK terror təşkilatı ilə bu və ya digər formada əməkdaşlığın bütün formalarını qadağan edir.
Sənəd həmçinin həbsdə olan PKK üzvlərinin cəzalarının yüngülləşdirilməsini nəzərdə tutur.