BAKI, 11 avqust. TELEQRAF
Rusiyanın Krasnodar diyarının bir sıra ərazilərində pilotsuz uçuş aparatları (PUA) ilə bağlı təhlükə elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tuapse dairəsi, Anapa, Qoryaçiy Klyuç, Novorossiysk və Gelencik şəhərləri, həmçinin Temryuk, Krımsk, Abinsk və Seversk rayonlarında PUA təhlükəsi ilə bağlı xəbərdarlıq qüvvədə olub.
Daha sonra Fövqəladə Hallar Nazirliyi sözügedən ərazilərdə PUA təhlükəsinin ləğv edildiyini açıqlayıb.