BAKI, 7 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin fəaliyyətindən çox razı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri "NBC News" telekanalına müsahibəsində deyib.
D. Tramp müdafiə nazirinin işini yüksək qiymətləndirib:
"Düşünürəm ki, o, ən yaxşılardan biridir. Ağıllı adamdır, nə etdiyini yaxşı bilir və hərbçilər ona böyük hörmət bəsləyir".