BAKI, 8 avqust. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi 5-ci Ordu Korpusunun komandanı, general-leytenant Çarlz Kostansanı vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin 5-ci Ordu Korpusu Avropadakı hərbi əməliyyatların təşkilinə və NATO-nun şərq cinahında Amerika hərbi kontingentinə rəhbərlik edir.

Telekanalın qeydinə görə, Ukraynadakı münaqişə fonunda bu korpusun rolu daha da artıb. Qurum Kiyevə göstərilən hərbi yardımın koordinasiyasında əsas vəzifələrdən birini yerinə yetirir.

Məlumata əsasən, Çarlz Kostansa iki aydan sonra vəzifəsini planlı şəkildə tərk etməli idi. Lakin onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Generalın vəzifədən uzaqlaşdırılmasının səbəbi hələlik açıqlanmayıb.