BAKI, 7 avqust. TELEQRAF

Peru hakimiyyəti 2025-ci ildə Meksika ilə kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Peru və Meksika hökumətləri hər iki ölkəni birləşdirən tarixi qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrini nəzərə alaraq dövlətlərarası diplomatik münasibətləri bərpa etmək razılığına gəliblər.

Xatırladaq ki, 2025-ci ilin noyabrında Perunun xarici işlər naziri Huqo de Sela Meksika ilə diplomatik əlaqələrin kəsildiyini açıqlamışdı. Buna səbəb 2022-ci ildə qiyam təşkil etməkdə ittiham olunan Perunun keçmiş Baş naziri Betsi Çavesin Meksikanın Limadakı səfirliyində sığınacaq tapması idi.