BAKI, 8 avqust. TELEQRAF

ABŞ-ın Yuta ştatında meşə yanğınının söndürülməsinə cəlb olunan helikopter qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə Fox 13 telekanalı məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan Sikorsky S-64 tipli helikopterin göyərtəsində iki nəfər olub. Hadisə Riçfild şəhəri yaxınlığında yerli vaxtla saat 10:00 radələrində baş verib.

Hazırda qəza nəticəsində ekipaj üzvlərinin taleyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Yuta ştatında yanğınsöndürənlər genişmiqyaslı meşə yanğını ilə mübarizə aparırlar. Yanğının əhatə etdiyi ərazi 106 450 akra (təxminən 43 min hektar) çatıb və hazırda alovun 19 faizi lokallaşdırılıb.