BAKI, 11 avqust. TELEQRAF
Liviyanın Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat Departamentinin direktoru Fauzi əl-Mənsuri sui-qəsd nəticəsində həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Liviyanın “Al Marsad” portalı məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər Benqazi şəhərində əl-Mənsurinin yaşadığı evin yaxınlığında partlayıcı qurğudan istifadə edərək ona qarşı sui-qəsd həyata keçiriblər.
Partlayış nəticəsində hərbi kəşfiyyat rəhbəri həyatını itirib.
Hazırda Liviyanın hüquq-mühafizə orqanları hadisənin səbəblərini və hücumu həyata keçirən şəxsləri müəyyənləşdirmək üçün araşdırma aparır.