BAKI, 9 avqust. TELEQRAF

Pentaqon İranla müharibə zamanı yaranan silah və sursat çatışmazlığı fonunda ölkənin hərbi sənayesindən istehsal və tədarük həcmini sürətlə artırmağı tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Bildirilib ki, Pentaqon rəhbərinin müavini Stiven Faynberq hərbi podratçılara silah tədarükünün əhəmiyyətli dərəcədə artırılması ilə bağlı planlarını təqdim etmək üçün üç həftə vaxt verib.

“İllərlə davam edə biləcək istehsal dövrləri qəbuledilməzdir. İndi istehsal tempini kəskin şəkildə sürətləndirmək və həcmi artırmaq lazımdır”, - Faynberq bildirib.

Qəzet daha əvvəl yazıb ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı azalan silah ehtiyatları barədə Pentaqon rəhbəri Pit Heqsetin onu yanlış məlumatlandırdığını düşünür.

Tramp ABŞ-də sursat çatışmazlığı barədə məlumatların mediaya sızdırılmasına görə məsul şəxslərin axtarıldığını və onların həbs cəzası ilə üzləşə biləcəyini bildirib.