BAKI, 11 avqust. TELEQRAF
Şimali Koreya Rusiyaya silah tədarükünü davam etdirir və müharibədə qazanılan təcrübə Pxenyana öz raket imkanlarını təkmilləşdirməyə imkan verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya ilə KXDR arasında hərbi əməkdaşlıq genişlənməkdə davam edir: "Pxenyan təkcə Moskvanı silahla təmin etmir, həm də Ukraynaya qarşı müharibə təcrübəsi sayəsində öz hərbi inkişafını təkmilləşdirmək imkanı qazanır.
“Prezident vurğulayıb ki, bu cür əməkdaşlığın nəticələri təkcə Ukraynanı deyil, həm də Cənubi Koreyanı narahat edə bilər. Onun sözlərinə görə, Şimali Koreyanın raket və silahlarının müharibədə istifadəsi KXDR-ə praktik təcrübə qazanmaq və hərbi imkanlarını təkmilləşdirmək imkanı verir.
Zelenski qeyd edib ki, Şimali Koreyanın ballistikası və digər silahları Rusiya ilə əməkdaşlıq yolu ilə təkmilləşdirilir".
Zelenski beynəlxalq tərəfdaşları Ukraynaya, xüsusən də hava hücumundan müdafiə sahəsində koordinasiyanı və dəstəyi gücləndirməyə çağırıb. Onun fikrincə, dövlətlərin birgə cavabı KXDR-in Ukraynaya qarşı müharibədə daha da iştirakının qarşısını ala bilər.