BAKI, 11 avqust. TELEQRAF
Azərbaycan-Ermənistan sərhədində - Ermənistan ərazisində 3,9 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun yenilənmiş məlumatında qeyd olunub.
Məlumata görə, yeraltı 7 km dərinlikdə qeydə alınıb.
***
10 iyul
23:51
Azərbaycan-Ermənistan sərhədində - Ermənistan ərazisində 3,8 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:29-da, 7 km dərinlikdə qeydə alınıb.
***
Kəlbəcər rayonunda 3,6 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:11-də, 5,7 km dərinlikdə qeydə alınıb.