BAKI, 8 avqust. TELEQRAF
ABŞ administrasiyası faydalı qazıntıların hasilatı sahəsində həyata keçirilən layihələrə təxminən 3 milyard dollar investisiya yatıracaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin təşkil etdiyi dağ-mədən şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
Trampın sözlərinə görə, vəsaitin 1,4 milyard dolları Pentaqon xətti ilə Vaşinqton ştatında akkumulyator istehsalında istifadə olunan materialların istehsalı zavodunun tikintisinə ayrılacaq.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi Avstraliyada skandium hasilatı layihəsinə 400 milyon dollar, Minnesota ştatında nadir torpaq maqnitlərinin istehsalına isə 150 milyon dollar yönəldəcək.
ABŞ prezidenti əlavə edib ki, Arizona ştatında mis hasilatı layihəsinin inkişafı üçün də 1 milyard dollar ayrılacaq.