BAKI, 11 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Hörmüz boğazı İran limanlarına üz tutan gəmilər istisna olmaqla, bütün gəmilərin keçidi üçün açıqdır.

“Digərləri üçün boğaz açıqdır. Vəziyyət bir qədər mürəkkəbdir, çünki onlar vaxtaşırı minalar yerləşdirirlər. Biz həmin minaları aşkarlayırıq. Bütün boğazı minalardan təmizləmişik. Boğaza 100 faiz nəzarət edirik”, - ABŞ Prezidenti deyib.

Qeyd edək ki, avqustun 5-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və Omanın Hörmüz boğazından keçəcək yeni marşrutun coğrafi koordinatlarını razılaşdırdığını açıqlamışdı. Onun sözlərinə görə, Tehranla Maskat arasında nəzərdə tutulan razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur və bu məsələ ABŞ-nin atacağı addımlardan asılıdır.