BAKI, 6 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Las-Veqasdakı çıxışı zamanı səhnənin kənarına doğru gedən bir uşağı saxlayaraq, onun sələfi Co Bayden kimi yıxılmasını istəmədiyini bildirib.
Teleqraf xəbər verir ki, onun çıxışı Ağ Ev tərəfindən canlı yayımlanıb.
ABŞ lideri çıxışı zamanı azyaşlı uşaqları olan gənc amerikalı ailəni Ağ Evin daxili siyasətinin onların ailəsinə necə təsir etməsi barədə danışmaq üçün səhnəyə dəvət edib.
Uşaqlardan biri ora qalxdıqdan sonra səhnənin kənarına doğru hərəkət edərkən Tramp onu saxlayaraq deyib: “Onun Bayden kimi yıxılmasını istəmirəm”.
Donald Tramp bundan əvvəl də dəfələrlə Co Baydenin prezidentliyi dövründə büdrəyərək yıxıldığı hallara diqqət çəkib. Amerika lideri iddia edir ki, bu hadisələr Baydenin sağlamlıq vəziyyətinin pisləşdiyini və ölkəyə rəhbərlik etmək qabiliyyətini itirdiyini göstərib.