BAKI, 11 avqust. TELEQRAF
Kolumbiya futbol çempionatının keçirilməsi ölkənin qərbində baş verən dağıdıcı zəlzələdən sonra müvəqqəti dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölkənin müxtəlif şəhər və regionlarında yaranmış vəziyyət qiymətləndirildikdən sonra bu həftə çempionat çərçivəsində nəzərdə tutulan bütün tədbirlərin təxirə salınmasına qərar verilib.
“Belə şəraitdə futbolun ölkəyə xidmət etməli və yardıma ən çox ehtiyacı olanlara dəstək göstərməli olduğunu anlayırıq. Yüksək və ikinci divizionda çıxış edən 36 klub bütün imkan və resurslarını zərərçəkmiş icmalara yardım göstərməyə və onların bərpasına yönəldəcək. Bu gün futbol gözləyə bilər, Kolumbiyanın bizə ehtiyacı var”, – açıqlamada bildirilib.
Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 maqnitudalı zəlzələ baş verib.
Məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 111-ə çatıb. Ən böyük dağıntılar Pereira və Manisales şəhərlərində qeydə alınıb. Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Panamada da hiss olunub.