BAKI, 11 avqust. TELEQRAF

Ukraynanın paytaxtı Kiyevdə və ölkənin əksər bölgələrində hava həyəcanı elan olunub.

Teleqraf xəbər verir ki, məlumata görə, Kiyevlə yanaşı, Vinnitsa, Dnepropetrovsk, Jitomir, Kiyev, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində həyəcan siqnalları işə salınıb.

Hava həyəcanının hansı təhlükə ilə əlaqədar elan edildiyi barədə əlavə məlumat verilməyib.