BAKI, 26 iyul. TELEQRAF

ABŞ-nin Alyaska ştatının sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Atka yaşayış məntəqəsindən 99 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə daxil olub.

Dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.