BAKI, 9 sentyabr. TELEQRAF
İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Qalib Bayramov 8 il müddətə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və onun barəsində təyin olunan 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab edilib.
Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən prokuror Qalib Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, qeyd olunan cəzanın 5 il sınaq müddəti olmaqla şərti hesab olunmasını təklif etmişdi.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramov Qubad İbadoğlunun qardaşıdır.