BAKI, 9 sentyabr. TELEQRAF

“ABŞ-nin Ukraynaya hərbi yardımı Donald Trampın prezidentliyi dövründə nəzərəçarpacaq dərəcədə azalıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Əvvəlki prezidentin (Co Bayden) - kütləvi yardımlar dövrünü nəzərə alsaq, Trampın dövründə hərbi də daxil olmaqla, Kiyevə yardım nəzərəçarpacaq dərəcədə azalıb. Bunu etiraf etmək lazımdır”, - o bildirib.