BAKI, 9 sentyabr. TELEQRAF

Azərbaycanın qızlardan ibarət 17 yaşadək millisi Gürcüstanın eyni yaş kateqoriyasına aid yığması ilə ikinci yoldaşlıq oyununa çıxıb.

Teleqraf xəbər verir ki, "Dalğa Arena"nın ehtiyat meydanında keçirilən qarşılaşma Gürcüstan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, sentyabrın 6-da baş tutan ilk görüşdə də Gürcüstan millisi 1:0 hesabı ilı qalib gəlmişdi.