BAKI, 9 sentyabr. TELEQRAF
“Rusiya ilə münasibətlərin gərginləşdirilməsi Almaniya və ya Litva üçün faydalı ola bilər, amma Gürcüstanın dövlət maraqlarına cavab vermir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili mətbuat konfransında deyib.
“Əgər kimsə bunu başa düşmürsə, biz onlara ölkəmizin milli maraqlarının nədən ibarət olduğunu izah etməyə hazırıq. Rusiya ilə münaqişənin eskalasiyası ölkəmizin milli maraqlarına daxil deyil. Ola bilsin, Gürcüstanın Rusiya ilə münaqişəni genişləndirməsi Almaniyanın və ya Litvanın maraqlarına uyğundur, amma bizim maraqlarımıza uyğun deyil. Qoy hamı bizi bağışlasın, amma bizim maraqlarımız onların maraqlarından üstündür”, - Papuaşvili bildirib.