BAKI, 9 sentyabr. TELEQRAF

“ABŞ Ukraynada hərbi əməliyyatların mümkün qədər tez dayandırılması üçün Kiyevə birbaşa yardıma son qoya bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“İlk növbədə, yəqin Kiyevə istənilən yardımı dayandırmaq lazımdır”, - Kremlin nümayəndəsi ABŞ-nin Ukraynada müharibənin mümkün qədər tez başa çatması üçün konkret olaraq nə edə biləcəyi ilə bağlı suala cavab verərkən bildirib.

Uşakov əlavə edib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasındakı son söhbət qapalı olub.

“Əlbəttə, prezidentlər həllə sülhlə nail olmaq məsələsi və imkanlarını müzakirə ediblər”.