BAKI, 9 sentyabr. TELEQRAF

Qazaxıstan Daxili İşlər Nazirliyi narkotik vasitələrin hazırlanması və yayılmasının qarşısının alınması məqsədilə aviasiyanın da cəlb olunduğu “Karasora-2026” profilaktik əməliyyatı keçirir.

Teleqraf xəbər verir ki, əməliyyat çərçivəsində 21 ton qanunsuz narkotik maddə dövriyyədən çıxarılıb.

Əməliyyat əsasən ölkənin cənubundakı Çuy vadisini əhatə edir. Əməliyyatda dron, helikopter və kosmik monitorinqdən fəal istifadə olunur.

Nazirliyin məlumatına görə, əməliyyatın üç ayı ərzində narkotiklərlə bağlı 2 mindən çox hüquq pozuntusunun qarşısı alınıb, dörd mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib və 21 ton narkotikin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.