BAKI, 9 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Fransada səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada bildirib.

Ermənistan Baş naziri Parisdə keçiriləcək Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək və Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.