BAKI, 9 sentyabr. TELEQRAF
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri Qaraçuxur qəsəbəsində yerləşən 285 saylı, Bülbülə qəsəbəsində yerləşən 232 saylı tam orta ümumtəhsil məktəblərində keçirilib.
Teleqraf xəbər verir ki, səyyar görüşlərdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Görüş zamanı RİH başçısı ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışaraq qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf edən, sabitlik və təhlükəsizliyin təmin olunduğu ölkələrdən biridir. O vurğulayıb ki, dövlət siyasətinin əsas prioritetlərindən biri vətəndaşların rifahının və rahat yaşayışının təmin edilməsidir.
Adil Əliyev tərəfindən vətəndaşların müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.