BAKI, 9 sentyabr. TELEQRAF

“İqlim dəyişikliyi məsələsi yalnız layihələrin maliyyələşdirilməsi ilə məhdudlaşmamalıdır”.

Teleqraf xəbər verir ki, bunu Fələstinin Maliyyə Nazirliyinin nümayəndəsi Anvar Qabaja “Bakı İqlim Fəaliyyəti Həftəsi"nin dördüncü günündə keçirilən panel sessiyadakı çıxışında deyib.

O bildirib ki, münaqişələrdən təsirlənən ölkələr üçün iqlim maliyyəsi məsələsi ekoloji dayanıqlılıq, bərpa, iqtisadi inkişaf və sülhlə paralel şəkildə nəzərdən keçirilməlidir:

“Fələstin iqlim dəyişikliyinə qarşı olduqca həssas bölgədə yerləşir. Eyni zamanda hökumətin tələb olunan tədbirləri daxili resurslar hesabına maliyyələşdirmək imkanları məhduddur. Qəzzada dağıdılmış infrastrukturun bərpası, eyni zamanda orada iqlimədavamlı sistemlərin qurulması üçün yeni fürsətə çevrilə bilər”.