BAKI, 9 sentyabr. TELEQRAF
Gələcəyin mobilliyi yalnız avtomobil istehsalçılarının və yaxud mobillik şirkətlərinin problemi deyil.
Teleqraf xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İcraçı Katibinin Müavini Dmitri Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın üçüncü günündə "Təsir Dialoqu: Bak Davamlı Biznes Assambleyası" adlı tədbirdə çıxışında deyib.
Onun sözlərinə görə, bu, getdikcə texnologiya icmasının da probleminə çevrilir:
"Gələcək üçün mobilliyi necə layihələndirəcəyimiz böyük ölçüdə İT sektorundan asılıdır. İT sektoru daha iqlimədavamlı olacaq və emissiyaların azaldılmasına töhfə verəcək rəqəmsal ekosistemlərin inkişafında böyük rola malikdir".
O, Azərbaycan üçün isə aktual olan çox konkret nümunə olduğunu qeyd edib:
""Bu, Orta Dəhlizin "yaşıl dəhliz" kimi inkişaf etdirilməsidir. Liman infrastrukturu layihələndirilərkən, multimodal terminalların quruluşunda iqlim amillərini öncədən nəzərə almaq imkanımız var. Bu, sadəcə "xoş bir əlavə" kimi deyil, rəqabətqabiliyyətliliyi və səmərəliliyi artırmaq, nəticədə isə bu prosesə töhfə verən şirkətlərin mənfəətini yaxşılaşdırmaq üçün edilməlidir".