BAKI, 25 iyul. TELEQRAF
ABŞ uzun illər davam edən durğunluqdan sonra nüvə energetikası sahəsində yenidən dünya lideri olmağı qarşısına məqsəd qoyub.
Teleqraf xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Rayt Ağ evdə jurnalistlərə açıqlamasında bildirib ki, son 30-40 il ərzində ölkənin nüvə sənayesi durğunluq dövrü yaşayıb.
Onun sözlərinə görə, bu müddətdə dünyanın müxtəlif ölkələrində tikilən nüvə reaktorlarının əksəriyyəti Rusiya və Çin tərəfindən həm öz ərazilərində, həm də xaricdə inşa edilib.
"Prezident Donald Tramp hesab edir ki, buna son qoymağın vaxtıdır. ABŞ həm iri gücə malik nüvə reaktorları, həm də yeni nəsil kiçik modul reaktorlar sahəsində liderliyini bərpa edəcək", - deyə Kris Rayt vurğulayıb.