BAKI, 17 fevral. TELEQRAF

ABŞ-nin Rod-Aylend ştatının Potaket şəhərində məktəblilər arasında keçirilən xokkey oyunu zamanı baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Teleqraf xəbər verir ki, "CBS News"un məlumatına görə, hadisə fevralın 16-da buz arenasında iki məktəbin şagirdləri arasında matç keçirilən zaman baş verib. Hücum edən şəxsin isə öldüyü bildirilir.

Məlumata görə, yaralanan dörd nəfər xəstəxanalara çatdırılıb. Onların vəziyyəti və insidentin səbəbləri barədə hələlik əlavə məlumat verilməyib.