BAKI, 9 sentyabr. TELEQRAF

Yaxın Şərqdə neft hasilatı artacaq, lakin 2027-ci ilin ikinci rübünə qədər münaqişədən əvvəlki səviyyəyə qayıtmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Sənəddə deyilir: "2026-cı ilin sentyabr ayı üçün qısamüddətli proqnozumuzda Hörmüz boğazından ixracın tədricən artması və bölgədən alternativ yolların istifadəsi səbəbindən Yaxın Şərqdə neft hasilatının qarşıdakı aylarda artacağı proqnozlaşdırılır. Lakin, biz Yaxın Şərqdə neft ixracına bəzi məhdudiyyətlərin ilin sonuna qədər qüvvədə qalacağını və regional neft hasilatının 2027-ci ilin ikinci rübünə qədər münaqişədən əvvəlki orta səviyyədən aşağıda qalacağını güman edirik".

Agentliyin qiymətləndirməsinə görə, Hörmüz boğazı və Bab əl-Məndəbdən keçən axınlar məhdud və qeyri-sabit olaraq qalır və regionda neft hasilatının həcmi son bir ayda azalıb. Onların hesablamalarına görə, avqust ayında Küveyt, BƏƏ, İran, İraq, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında sabit neft hasilatı iyul ayında gündəlik 5 milyon barelə qarşılıq olaraq 6,7 milyon barel təşkil edib. ABŞ Energetika Nazirliyi regionda sabit istehsalın üçüncü rübdə gündəlik 6,23 milyon barelə, dördüncü rübdə 5,66 milyon barelə və 2027-ci ilin birinci rübündə isə 2,72 milyon barelə çatacağını gözləyir.