BAKI, 15 fevral. TELEQRAF

ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğuna inandığını bəyan edib.

Teleqraf xəbər verir ki, eks-prezident bu barədə bloqer Brayan Tayler Koenin podkastında danışıb.

Lakin B.Obama ufoloqlar tərəfindən qəzaya uğramış UNO-ların və yadplanetli cəsədlərinin saxlandığı yer kimi qəbul edilən Nevada ştatındakı məşhur "51-ci Zona" (Area 51) hərbi bazasında heç bir sirli varlığın olmadığını vurğulayıb:

"Onlar (yadplanetlilər) realdırlar, lakin mən onları görməmişəm və onlar '51-ci Zona'da gizlədilmirlər. Əgər bunu ABŞ Prezidentindən gizlədən nəhəng bir konspirasiya yoxdursa, orada heç bir gizli yeraltı qurğu mövcud deyil".

Qeyd edək ki, "51-ci Zona" əslində Edvards Hərbi Hava Qüvvələri bazasının Nevada Sınaq və Təlim Poliqonunun bir hissəsidir. Bu obyekt Las-Veqasdan təxminən 130 km şimal-qərbdə yerləşir.