BAKI, 21 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların digər ölkələrə məlum olmayan silahlara malik olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, Tramp bu fikirləri "NewsNation" telekanalına müsahibəsində səsləndirib.
O, jurnalistin Venesuelada aparılan hərbi əməliyyat zamanı guya səs silahından istifadə olunması ilə bağlı sualını şərh edərkən bildirib ki, ABŞ-nin heyrətamiz silahları var və bəlkə də bu barədə danışmamaq daha yaxşı olardı.
“Bizim elə silahlarımız var ki, onlar haqqında heç kim bilmir. Yəqin ki, bu barədə heç nə deməmək yaxşıdır, amma bizdə heyrətamiz silahlar mövcuddur”, - deyə ABŞ Prezidenti qeyd edib.
ABŞ administrasiyasının rəhbəri sözügedən silahların növü və xüsusiyyətləri ilə bağlı əlavə açıqlama verməyib.