BAKI, 10 oktyabr. TELEQRAF

Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinin onun ukraynalı uşaqlar haqqında məktubuna cavab verdiyini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xanım Tramp qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə birbaşa ünsiyyət kanalına malikdir:

"Prezident Putinin avqustda məktubumu almasından bəri çox şey baş verib. O, yazılı şəkildə cavab verdi, mənimlə birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirdi. Rusiyadakı ukraynalı uşaqlarla bağlı təfərrüatları təqdim etdi. Və o vaxtdan bəri Prezident Putinlə aramızda ünsiyyət kanalı var".

Qeyd edək ki, bundan əvvəl Ukrayna tərəfi Rusiyaya qaçırıldığı iddia edilən 339 uşağın siyahısını verib.