BAKI, 10 sentyabr. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün ilk turunun son oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, turun son günündə altı qarşılaşma baş tutacaq.
Türkiyə təmsilçisi “Fənərbağça” İtaliya nəhəngi “Roma”nı qəbul edəcək. Şükrü Saracoğlu Spor Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
10 sentyabr
UEFA Çempionlar Liqası
I tur
20:45, "Fənərbağça" - "Roma";
20:45, PSV - "Şaxtyor Donetsk";
23:00, "Bavariya" - "Budyo Qlimt";
23:00, "Komo" - "Leypziq";
23:00, "Mançester Yunayted" - "Sabah";
23:00, "Slaviya Praqa" - "Lans".