BAKI, 10 sentyabr. TELEQRAF

“Qarabağ”ın sabiq ulduzu Abdulla Zubirin Səudiyyə Ərəbistanı karyerası rəsmən başlayıb.

Teleqraf xəbər verir ki, maliyyə problemləri səbəbindən transferi sual altında olan 34 yaşlı fransalı vingerlə bağlı maneə son anda aradan qaldırılıb.

Birinci divizion təmsilçisi “Əl-Oroba” təcrübəli futbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalandığını açıqlayıb.

Zubir yeni komandasında debüt də edib. O, “Al-Rabia” ilə 2:2 hesablı matçda ehtiyatdan meydana daxil olaraq ilk oyununu keçirib.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən bu ilin yayına qədər “Qarabağ”da çıxış edib.