BAKI, 10 sentyabr. TELEQRAF

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə sentyabrın 9-da qeydə alınıb.

İlham Zeynalov idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan Sücayət Məmmədovanı ehtiyatsızlıqdan vurub.

Xəsarət alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.