BAKI, 7 oktyabr. TELEQRAF
Demokratlar Partiyası hazırda liderdən məhrumdur və Şərqi Afrika dövləti Somaliyə bənzəyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.
"Mənə görüşmək istəyən demokratlardan zənglər gəlir. Heç adlarını belə eşitməmişəm və özlərini lider adlandırırlar. Demokratların lideri yoxdur. Onlar mənə Somalini xatırladırlar", - Tramp deyib.
ABŞ lideri əlavə edib ki, qarşıdurmanı başladan onlardır: “Onların heç nəyi qalmayıb. Ona görə bu, kamikadze hücumuna bənzəyir. İtirən onlardır. Demokratlar Partiyası prezident seçkilərində böyük fərqlə məğlub olub”,- deyə Tramp əlavə edib.
Oktyabrın 1-də Senat büdcə qanun layihəsini razılaşdıra bilmədiyi üçün ABŞ hökuməti fəaliyyətini dayandırıb. Səbəb demokratlar və respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikirayrılığı olub.