BAKI, 26 may. TELEQRAF
Rusiyanın müttəfiqlərinə qarşı sərt sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi ABŞ Senatında həm Respublikaçılar, həm də Demokratlar Partiyasının üzvləri tərəfindən dəstək qazanıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Senatın bəzi üzvləri Prezident Donald Trampdan “yaşıl işıq” gözləmədən layihəni səsverməyə çıxarmağa çalışacaqlarını açıq şəkildə bildiriblər.
Ötən həftə senatorlar Lindsi Qrem və Riçard Blumental Rusiya və müttəfiqlərinə qarşı sarsıdıcı sanksiyalar tətbiq etmək üçün qanun layihəsi təqdim ediblər. Layihənin əsas müddəası Çin və Rusiyaya dəstək verən digər dövlətləri dayandırmaq üçün Rusiyadan neft, qaz, uran və digər məhsullar alan istənilən ölkəyə 500 faizlik rüsum tətbiq etməklə bağlıdır.